"Sabah" yeni mövsümdən məkan dəyişəcək.

Rekord.az-a daxil olan məlumata görə, sözügedən komanda Masazırdan Şüvəlana köçəcək.

Buradakı keçmiş "AZAL Arena"nı öz sərəncamına keçirən Premyer Liqa təmsilçisi burada ciddi işlər görüb. Süni örtük təbii örtüklə dəyişdirilib, stadiona bitişik otel tam təmir olunub. Hanzsı ki, Masazırdakı stadionda belə otel yoxdu. Komanda Şüvəlana köçməklə, futbolçuların bazada qalmasını da təmin edə biləcək. Amma qeyd edək ki, "Sabah"ın Şüvəlanda məskunlaşması daimi bura köçmək anlamına gəlmir. Komanda burada məskunlaşıb məşqlərini burada keçməsinə baxmayaraq, rəqiblərini yenə də Masazırdakı "Bank Respublika Arena"da qəbul edəcək.