
“Sabah” azarkeşlərindən xeyirxah addım
- 02 May 2022 19:07
- 484
“Sabah”ın “Soldati Di Sabah” azarkeş qrupu Ramazan bayramı münasibətilə “Ümid” uşaqlar evinə yardım etmək qərarına gəlib.
Rekord.az xəbər verir ki, fanatlar hər kəsi bu kampaniyaya dəstək olmağa da səsləyiblər:
“Bu müqəddəs günlərdə gücümüzün birliyimizdə olduğunu bilirik. Daha çox uşaqa əlimizin çatması üçün ölkəmizdə yaşayan digər soydaşlarımızın, eləcə də iş adamlarının bu kampaniyaya dəstək olmasını gözləyirik”.