
"Sabah" Almaniya klubuna uduzdu
- 15 İyl 2023 16:30
- 354
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti sınağına çıxıb.
Rekord.az xəbər verir ki, Murad Musayevin komandası Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt Pauli”ylə qarşılaşıb.
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçirilən görüş "Sabah"ın məğlubiyyəti ilə başa çatıb - 1:4. Bakı klubunun yeganə qolunu 57-ci dəqiqə Coy Lens Mikels vurub.
Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” komandasına qarşı keçirib və 3:1 hesabıyla qalib gəlib.