Premyer Liqa təmsilçisi "Sabah" yoxlama oyununda 1-ci Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.


Rekord.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.


"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Rahmonaliyev (pen.), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısına vurub.