Martın 16-da 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin mətbuat konfransı keçiriləcək.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, “Radisson” otelində baş tutacaq tədbirə saat 14:00-da start veriləcək. Bütün media nümayəndələri tədbirə dəvətlidir.