Bu mövsüm “Yuventus”un heyətində İtaliya çempionu olan Kriştianu Ronaldonun aldığı yaxtanın qiyməti məlum olub.

Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu yeni yaxta üçün 5,5 milyon funt sterlinq (təxminən 6,08 milyon avro) xərcləyib.

Bildirilir ki, yaxtanın dəniz mənzərəli beş kayutu, altı vanna otağı, iki geniş salonu, yemək otağı, müasir mətbəxi var.