“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə nümunəvi addımla gündəmə gəlib.

Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Barselona” ilə oyunda (3:0) geyindiyi formanı xeyriyyə qurumuna bağışlayıb.

Forma qurum tərəfindən hərraca çıxarılacaq. Təklif edilən minimum məbləğ isə 2 min avrodur.

Sözügedən oyunda Ronaldo iki qol vurub.