
Ronaldo oteldən evə köçdü
- 21 Fev 2023 16:00
- 445
Kriştiano Ronaldo Ər-Riyaddakı oteldən şəxsi evinə köçüb.
Rekord.az xəbər verir ki, "Əl Hilal"a transfer olunandan o, "Four Seasons Kingdom Center" otelində qalırdı.
Onun yeni evinin ünvanı dəqiq bilinmir. Bilinən odur ki, futbolçu və ailəsinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Eyni zamanda ev brend mağazalara, restoranlara, idman zallarına və digər zəruri obyektlərə asanlıqla çıxış imkanı olan olan kompleksdə yerləşir.