"Real"ın və Braziliya millisinin sabiq hücumçusu Ronaldo PSJ-nin futbolçusu Kilian Mbappenin oyunu haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər “Yekədiş” ləqəbli braziliyalı Mbappeni özü ilə müqayisə edib:

“Kilian gözəl keyfiyyətlərə malikdir - texnika, sürət və qol vurma bacarığı. Əgər bizi müqayisə etsək? Bəli, onun oyunu mənə özümü xatırladır”.

Braziliyalı futbolçu karyerasını 2011-ci ildə başa vurub. O, “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians”da çıxış edib. Braziliya millisinin heyətində dünya çempionu olub.