"Sumqayıt"ın prezidenti Riad Rəfiyev bu yaxınlarda Gəncəyə səfər edib.

Rekord.az-a daxil olan məlumata görə, səfər keçən həftə baş tutub.

Klub prezidenti əslində komandasının "Turan Tovuz"la səfər oyununu izləmək üçün Tovuza getməli imiş. Lakin yolüstü Gəncəyə dönüb, "Kəpəz"in rəhbərliyi ilə görüşüb. Etibarlı mənbədən ötürülən məlumata görə, Rəfiyev "Kəpəz"in bir neçə futbolçusunu "qaralayıb", lakin həmin futbolçuların Gəncə klubu ilə müqaviləsi var. Bu səbəbdən də rəhbərliklə görüşüb müəyyən müzakirələr aparmaq lazımdır. Rəfiyev də məhz bu səbəbdən Gəncəyə gedib "Kəpəz" rəhbərliyi ilə görüşübə.