"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Estoniyanın "Payde" klubu ilə cavab matçının hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, zirəlilər hazırlıqları BOS-un ehtiyat meydançasında həyata keçirir.

Maraqlıdır ki, bütün məşq prosesi qapalı keçirilir. Baş məşqçi Rəşad Sadıqovun göstərişi ilə mətbuatın kənardan belə məşqi izləməsi qadağan edilib. Baş məşqçi görünür hansısa taktiki sirrin rəqib düşərgəyə sızmasından ehtiyat edir.