
Rəşad Sadıqov İsrailə yollandı
- 14 İyl 2022 18:15
- 522
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasındakı rəqibləri “Makkabi”nin (Təl-Əviv) oyununu izləmək üçün İsrailə yollanıb.
Rekord.az xəbər verir ki, Sadıqov, Təl-Əviv təmsilçisinin Netaniya “Makkabi”si ilə oyununu izləyəcək.
Təl-Əviv təmsilçisi bu gün “Toto” kubokunda “Makkabi” (Netaniya) ilə qarşılaşacaq. Oyun saat 21:00-da başlayacaq.
“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.