“Sabah”ın basketbol komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun müntəzəm mövsümünün qrup mərhələsi çərçivəsində Çexiyanın "Nimburk" komandasına qarşı keçirdikləri oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, o, komandasının 61:92 hesablı məğlubiyyətini belə şərh edib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. "Nimburk" çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı".