"Rəqibə qırməzı vərəqə göstərilməli idi" - MÜSAHİBƏ
- 11:00
- 29
"Neftçi"nin futbolçusu Rüfət Abbasov "Zirə" ilə oyundan sonra jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəno sizə təqdim edir:
- Qələbə münasibətilə təbrik edirəm! Oyunla bağlı təəssüratlarınız necədir?
- Təşəkkür edirəm. Təəssüratlarım çox gözəldir. İlk növbədə hər oyunda bizə dəstək olan azarkeşlərimizə minnətdarıq.
- Oyun zamanı sizinlə təmasdan sonra kiçik bir insident yaşandı. Həmin epizodu necə şərh edərdiniz?
- Bəli, çənəmə zərbə endirildi. Hesab edirəm ki, həmin epizoda görə rəqib futbolçuya qırmızı vərəqə göstərilməli idi.
- Növbəti oyunlar üçün hədəfiniz nədir?
- Hədəfimiz birdir: hər oyunda qələbə qazanmaq. Çempion olmaq istəyirik və azarkeşlərimizə söz verirəm ki, bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.
- Oyunun sonunda futbolçular arasında mübahisə və dava yaşandı. Nə baş verdi?
- Məncə, kiçik bir dava oldu. Lakin meydanın digər tərəfində olduğum üçün hadisəni dəqiq görə bilmədim. Futbolda belə hallar baş verir. Xüsusilə də böyük oyunlarda. Həqiqətən də üzərimizdə böyük təzyiq hiss edirdik.
- Milli komanda mövzusuna qayıdaq. Baş məşqçi Ayxan Abbasov tərəfindən D Liqasının qrup mərhələsi ilə bağlı sizə məlumat verilmişdimi?
- Bəli, əlbəttə. Baş məşqçi bizi bu barədə məlumatlandırmışdı. Çünki bundan əvvəl də, Litva ilə oyundan sonra da onun mediaya açıqlamasında Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinə yüksəlmək şansımızın olduğu barədə məlumat yayılmışdı. Həmçinin oyunöncəsi hazırlıq proseslərində bu məsələ dəfələrlə müzakirə olunmuşdu.
- «Neftçi»nin əvvəlki əsas problemlərindən biri qeyri-sabit çıxışı idi. Yeni baş məşqçinin gəlişindən sonra bu problemin həll olunduğunu görürük. Lakin böyük komandalar arasında keçirilən oyunlarda «Turan Tovuz» istisna olmaqla, digər komandalar bir-birinə qalib gələ bilməyib. Belə ciddi rəqabət şəraitində «Neftçi»nin hədəfi yalnız çempionluqdur, yoxsa ikinci və ya üçüncü yer də komandanı qane edə bilər?
- Xeyr, bizim üçün yalnız çempionluq önəmlidir. Hər oyunda yalnız bu məqsəd uğrunda mübarizə aparırıq.
- Bəs Azərbaycan Kubokunda da hədəfiniz eynidir?
- Bəli, biz qızıl dubl etmək istəyirik.