Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Motor” Ekstraklasanın 4-cü turunda "Lexiya"nın qonağı olub.


Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Renat 80-ci dəqiqədə meydana buraxılıb.


Dadaşovun komandası 4 turdan sonra 4 xalla 13-cü pillədə qərarlaşıb.