"Region Liqası"nın pley-off mərhələsinin ilk oyununda səfərdə “İmişli”yə 5:1 hesabı ilə qalib gələn “Cəbrayıl” Bakıda baş tutan ikinci qarşılaşmada daha böyük hesabla rəqibi məyus edib – 6:1.


Rekord.az xəbər verir ki, əslində rayonun eyniadlı komandasının cavab qarşılaşması üçün paytaxta səfər edəcəyi sual alyında idi. Hələ ilk oyundan sonra komandanın kapitanı Ruhid Usubov “Football-plus.az” saytına açıqlamasında maddi vəziyyətlərinin yaxşı olmadığını, böyük ehtimalla Bakıya səfər edə bilməyəcəklərini söyləmişdi.

Ancaq göründüyü kimi, “İmişli” cavab qarşılaşması üçün Bakıya gəlib. Səfər xərclərini kim və ya hansı qurum qarşılayıb? Bu suala aydınlıq gətirmək üçün yenidən kapitanla əlaqə saxladıq:
 

“Adam danışmağa da utanır... Yenə sağ olsun dostlar. 70-80 manat düzəldib 7 nəfəri Bakıya yola saldılar. 4-5 oyunçumuz da paytaxtda bizə qoşuldu. Beləcə, cavab oyununa çıxdıq. Məğlub olacağımız əvvəlcədən məlum idi. Qayıdanda isə “Cəbrayıl” rəhbərliyi bizə 160 manat verdi ki, yolda yemək yeyək. Aramızda oruc tutanlar olduğundan onlar iftar açmalı idilər. Bu mənim “İmişli”də sonuncu oyunum idi. Ötən dəfə sizə “Zəfər yolu” adlı komanda yaratdığımızı, növbəti mövsümdən Region Liqasında bu ad altında çıxış edəcəyimizi bildirmişəm”.