İspaniyanın “Real” klubunun sabiq futbolçusu Freddi Rinkon dünyasını dəyişib.

Rekord.az xəbər verir ki, 55 yaşlı veteran yarımmüdafiəçi avtomobil qəzasına düşdükdən sonra vəfat edib.

Kolumbiyalı keçmiş oyunçunun içərisində olduğu maşın Kali şəhərində aprelin 12-də avtobusla toqquşmuş, nəticədə Rinkon başından ciddi xəsarət almışdı. Həkimlər onun həyatını xilas edə bilməyib.

Xatırladaq ki, Freddi Rinkon 1995-1996-cı illərdə "Real"ın formasını geyinib. Keçmiş yarımmüdafiəçi 1986-2004-cü illər arasında davam edən karyerası ərzində "Napoli" və bir sıra Kolumbiya və Braziliya klublarında da çıxış edib. O, 1990-2001-ci illərdə Kolumbiya millisinə çağırılıb.