"Real"ın müdafiəçisi Eder Militao keçmiş sevgilisi Karolina Limanı sosial şəbəkələrdə böhtan və təhqirlərə görə məhkəməyə verib.

Rekord.az "Splansh"a istinadən xəbər verir ki, braziliyalı futbolçu Limanın abunəçiləri tərəfindən təhqir və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Gənclər arasında problemlər onlar ayrıldıqdan sonra başlayıb. 

Militao hesab edir ki, keçmiş sevgilisi onun adını ləkələməyə hər cür cəhd edir. Buna görə o, keçmiş sevgilindən 90 min avro məbləğində maddi təzminat tələb edir.

Xatırladaq ki, Militao 2019-cu ildə "Real"a "Portu"dan keçib.