İspaniyanın “Real” və İtaliyanın “Milan” komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Rekord.az xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərindəki “Rouz Boul Stadium” stadionunda baş tutan matç İspaniya təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb.

Matçın birinci hissəsində İtaliya komandası 2:0 hesabı ilə öndə olub. İlk hissədəki inamlı hesaba baxmayaraq, “qırmızı-qaralar” üstünlüyünü qoruya bilməyib. Kral klubu fasilədən sonra oyunda dönüş yarada bilib. Nəticədə İspaniya nəhəngi “Milan” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.