
“Real”da baş məşqçi ilə klub prezidenti arasında gərginlik
- 06 Mar 2023 17:45
- 405
“Real”ın prezidenti Florentino Peres La Liqada “Betis”lə heç-heçədən (0:0) sonra komandanın baş məşqçisi Karlo Ançelotti ilə görüşüb.
Rekord.az xəbər verir ki, klub rəhbəriylə italiyalı mütəxəssis arasında söhbət o qədər uzanıb ki, Ançelotti mətbuat konfransına gecikib.
Hətta Florentino Pereslə Ançelotti arasında münasibətlərin gərginləşdiyi bildirilir.
Xatırladaq ki, “Real” La Liqada lider “Barselona”dan 9 xal geri qalır.