PSJ-nin Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra daha çox təpki alan futbolçulardan biri də Kilian Mbappedir.

Rekord.az xəbər verir ki, əksər futbol azarkeşləri və futbol ictimaiyyətinin üzvləri belə düşünür ki, fransalı ulduz PSJ-də qalmaqla özünü geri atır.

Hansı ki, daha məhşur, daha samballı kluba keçməklə klub səviyyəsində də böyük uğurlar qazanmasını təmin edə bilər. Bu arada, yayılan son məlumatlara görə, Madrid "Real"ı yenidən Mbappeüçün hərəkətə keçib. Madrid təmsilçisi yayda futbolçunun transferini həll etməyi qərarlaşdırıb.