
“Real” yeni transferini rəsmən açıqladı
- 14 İyn 2023 15:43
- 321
İspaniyanın “Real” klubu Cud Bellingemin transferini açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi “Borussiya”dan (Dortmund) alınan 19 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.
Madridlilər İngiltərə millisinin üzvü üçün Dortmund klubuna 103 milyon avro ödəyəcəklər.
Bellingem “Borussiya”ya 2020-ci ildə İngiltərə klubu “Birmingem”dən 25 milyon avroya keçmişdi.