
“Real” Alabanı itirdi
- 22 Fev 2023 01:12
- 393
Madrid “Real”ının müdafiəçisi David Alaba zədələnib.
Rekord.az xəbər verir ki, avstriyalı futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərədə baş tutan “Liverpul”la səfər matçında sıradan çıxıb.
Zədəsi ciddi olan müdafiəçi 27-ci dəqiqədə əvəzlənib. 30 yaşlı oyunçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, “Liverpul” – “Real” matçında ilk hissə 2:2 hesabıyla başa çatıb.