
Ramiz Məmmədov: "Reşford heç nədən qol vurdu"
- 18 Fev 2023 12:16
- 389
Moskva "Spartak"nın və Rusiya millisinin sabiq üzvü, Azərbaycan əsilli Ramiz Məmmədov Avropa Liqasının pley off mərhələsində keçirilən "Barselona" - "Mançester Yunayted" (2:2) matçını şərh edib.
Rekord.az xəbər verir ki, o, nəticəni ingilislər üçün müsbət sayır: "2:2 "Mançester Yunayted" üçün qələbəyə bərabərdi. Çünki çoxları "Barselona"nın qələbə qazanacağını düşünürdü. Bərabər səviyyəli oyun getdi, qollar kortəbii vuruldu. Künc zərbəsi, qol. Künc zərbəsi, qol. Düşünülmüş hücum yox idi. Reşford heç nədən qol vurdu".