Cari mövsüm formada olan və Premyer Liqada bombardirlər sırasında ikinci pillədə qərarlaşan Ramil Şeydayevin "Qarabağ"da qalıb-qalmayacağı sual altındadır.

Rekord.az xəbər verir ki, mövsümün sonunda klubla müqaviləsi başa çatan futbolçu ilə hələ də yeni müqavilə bağlanmayıb.

Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov onun komandada qalmasını istəyir. Hətta özünə də bu haqda məlumat verilib. Maraqlıdır ki, Ramil özü qərar verməyə tələsmir. Deyilənə görə, ünvanına bir neçə təklif var və bu səbəbdən futbolçunun fikirləri qarışıb. Amma istənilən halda, mövsümn sonuna kimi qərarını verməlidir.