
Rahid Əmirquliyev üçün "Qusar" variantı
- 14 İyn 2023 18:30
- 682
"Region Liqası"nın son qalibi olan "Qusar" I Divizionda mübarizə apara bilər.
Rekord.az xəbər verir ki, rəhbərlik AFFA İcraiyyə Komitəsinin iyunun 16-da keçirəcəyi iclası gözləyir.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, komanda I Diviziona buraxılsa, rəhbərlik əslən qusarlı olan və "Səbail"in yeni müqavilə imzalamadığı Rahid Əmirquliyevə təklif göndrəmək istəyir. Həmyerliləri istəyir ki, Rahid karyerasının son çağlarında doğma rayonuna I Divizionda kömək eləsin. Yekun qərar isə təbii ki, futbolçunun özünün olacaq.