“Səbail”də forma geyinən Rahid Əmirquliyev mövsümün sonunda karyerasını bitirməyi düşünür.

Rekord.az-a daxil olan məlumata görə, hazırkı klubunda oynamaq şansı qazanmır.

Güman ki, növbəti mövsümdə də daha çox ehtiyat oyunçular skamyasında yer alacaq. Əldə etdiyimiz məlumata görə, digər Premyer Liqa klublarından da Əmirquliyevlə maraqlanan yoxdur. Futbolçu özü is I Divizionda oynamaq istəmir. Belə davam edəcəyi halda, 34 yaşlı futbolçu yayda futbolla vidalaşıb məşqçiliyə başlamağı düşünür.

Qeyd edək ki, Rahid sonuncu dəfə fevralın 6-da, 21-ci tur çərçivəsində “Sabah”a qarşı 0:4 bitən qarşılaşmada komandanı kapitan kimi meydançaya çıxardıb. O gündən bu günə, 9 turda bir dəfə də olsun, oynamaq şansı qazanmayıb.