
Rafael Ağayev Rəşad Sadıqovu təbrik etdi
- 02 May 2022 12:43
- 523
Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev "İnstaqram" səhifəsində yeni paylaşım edib.
Rekord.az xəbər verir ki, o, "Zirə"ni və komandanın baş məşqçisi Rəşad Sadıqovu Azərbaycan kubokunun finalına yüksəlməsi münasibəti ilə təbrik edib: "Qardaşım, mən səni və bütün komandanı ürəkdən təbrik edirəm. Finalda uğurlar arzu edirəm".
Qeyd edək ki, "Zirə" yarımfinalda "Neftçi"ni mübarizədən kənarlaşdıraraq (0:0, 0:0, penaltilər seriyası - 4:2) tarixində ilk dəfə finala yüksəlib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyev "Zirə"ni təbrik etmişdi.