
Qvardiola: "Qolfu sevirəm, çünki orada hakim yoxdur"
- 14 İyn 2022 20:32
- 444
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola qolf oynamağa olan sevgisindən danışıb.
Rekord.az xəbər verir ki, mütəxəssis "Tubes"ə açıqlamasında "şəhərlilər"lə ilk dəfə Premyer Liqa çempionu olduqları vaxtı xatırlayıb və həmin gün də qolf oynadıqlarını deyib:
"Bir gün qolf oynayırdıq. Həmin vaxt ilk Premyer Liqa çempionluğumuzu qeyd edirdik. Qolf oynadıq, sonra bir az pivə və çips alaraq oyun izlədik. Həmin gün "Vest Bromviç" "Mançester Yunayted"ə qalib gəlmişdi və biz çempion olmuşduq. Oğlumla evə qayıdırdım. Maşında çempion olduğumuzu anladım. Qolfu isə burada bərabərlik olduğu üçün onu sevirəm. İndiyə qədər gördüyüm ən ədalətli idman növüdür. Hər kəs eyni mövqedə mübarizəyə başlayır və bitirir. Nə qədər az atış etsəniz, bir o qədər tez oyunu qazanarsınız. Ətrafda heç kim olmur. Bu, mükəmməldir. Mən qolfu sevirəm, çünki burada hakim yoxdur".