
Qvardiola çempionluq şansı haqda
- 02 May 2022 12:20
- 482
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın son turunda “Lids”lə oyundan (4:0) sonra futbolçularını tərifləyib.
Rekord.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, komandası haqda deyib:
“Bütün oyunçular çətinliklərə baxmayaraq, inanılmaz oynadılar. Mən ilk dəfə “Elland Road”da klubun azarkeşləri ilə oldum. Yerli azarkeşlər haqqında çox şey eşitmişdim və bu, həqiqətən də fantastikdir. Burada olmaq gözəl idi.
Qalan bütün görüşlərdə qalib gəlməliyik. Heç olmasa, bir qələbə qazanmasaq, “Liverpul” çempion olacaq. Bu, sadədir”.
Qeyd edək ki, “Mançester Siti” 83 xalla turnir cədvəlində 1-ci yerdədir və “Liverpul”u bir xal qabaqlayır.