Qusar şəhər 6 sayı tam orta məktəbinin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol idman növü üzrə təlim məşq dərsləri keçirilmişdir.

Rekord.az xəbər verir ki, basketbol üzrə məşqçi müəllimlərin iştirakı ilə keçirilmiş təlim məşqlərdə 30 nəfər idmançı iştirak etmişdir.

Təlim məşqlərin keçirilməsinə məqsəd bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.