
Qusar stadionunun layihəsində dəyişiklik edildi, tutum artırıldı ÖZƏL!
- 17 İyl 2023 11:00
- 1664
Şövkət Orduxanov adına Qusar şəhər stadionundan yenidənqurma işləri davam edir.
Rekord.az olaraq, dünən sözügedən arenaya baş çəkdik və işlərin gedişi ilə canlı tanış olduq.
Ərazidə həqiqətən də əsl canlanma müşahidə olunur. Köhnə stadion tamamilə söküldüyündən, demək olar ki, yeni stadion tikilir. Dayaq və möhkəmləndirmə işlərinin bir çoxu görülüb, köhnə stadionun fəxri triunası olan hissəsinin arxasından qalın istinad divarı çəkilib. Əldə etdiyimiz məlumata görə, tək həmin istinad divarının çəkilməsinə 700 min manat vəsait xərclənib. Hazırda tribunaların inşası sürətlə davam edir. Arenada olarkən öyrəndik ki, layihədə də dəyişiklik olunub. Belə ki, ilkin layihədə stadionun tutumu 2500 nəfər nəzərdə tutulmuşdusa, sonradan bu say 5150-ə qaldırılıb. Yeni arenanın gələn ilin yayında istifadəyə verilməsi planlaşdırılır. Y
Ot örtüyü təbii olacaq ki, bunu da xüsusi vurğulamaq yerinə düşər. Stadionun bütün tikinti xərclərini "Azenko" şirkəti qarşılayır və icraçıların material baxımından heç bir problemi yoxdur. Şirkətin sahibi, o cümlədən "Şahdağ"ın sabiq prezidenti Etibar Pirverdiyevin göstərişi və şəxsi nəzarəti ilə işlərin görülməsindən ən keyfiyyətli materiallardan istifadə olunur. Eyni zamanda, rayon icra hakimiyyəti, AFFA və PFL də stadionun tikintisini diqqətdə saxlayır. Hətta PFL rəsmləri bu yaxınlarda sözügedən stadionda olub tikintinin gedişi ilə də tanış olublar. Arenada ən yüksək səviyyədə drenaj sistemi də quraşdırılacaq. Beynəlxalq tələblərə hesablanmış arenada müasir projektorlar və tablonun olması da nəzərdə tutulub. Stadionda tək futbol yox, güləş, boks, cüdo, karate, yüngül atletika idman növləri də fəaliyyət göstərəcək. Arenanın ərazisində otel də inşa olunacaq.