
Qusar stadionu haqda yeni məlumat
- 20 Fev 2023 18:00
- 1094
Xəbər verdiyimiz kimi, Qusar stadionunda asta-asta da olsa, tikinti işləri davam edir.
Rekord.az-a daxil olan məlumata görə, layihədə müəyyən dəyişikliklər olunub.
Belə ki, köhnə stadiondan fərqli olaraq, yeni stadionda meydançanın ətrafında qaçış zolağının olması nəzərdə tutulub. Bundan başqa 4 min kv. m-ə yaxın ərazinin tamamilə yaşıllaşdırılması da planlaşdırılır. Qazon isə böyük ehtimalla süni örtüklü olacaq.