
Qurban Qurbanovdan çempionluq şərhi: “Xoşbəxtəm”
- 03 May 2022 21:37
- 477
“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən və çempionluğu rəsmiləşdirdikləri matçdan sonra bunları söyləyib:
“Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik. Bu mövsüm komandamız titula layiq idi. İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır”.