
Qullit Ziyeşin "Barselona"da uğur qazanacağına inanır
- 21 Yan 2023 20:23
- 520
"Çelsi"nin və Hollandiya yığmasının sabiq yarımmüdafiəçisi, Hollandiya futbolunun canlı əfsanəsi Ruud Qullit Haiim Ziyeşin "Çelsi"dən "Barselona"ya transferini şərh edib.
Rekord.az xəbər verir ki, Qullit futbolçunun İspaniyada uğurlu olacağına inandıöını bidirib.
"Ziggo Sport Total" nəşrinə danışam "uçan holland" bunları deyib: "Düşünürəm ki, Ziyeş İspaniyada ilk növbədə özü olmağı bacaracaq. O, İngiltərər "Ayaks"da göstərdiyi oyunu göstərə bilmədi. Bu mənada İspaniyada oynamasını istərdim. Fikrimcə, Ziyeş "Barselona"da mükəmməl oynayacaq və qısa zamanda o komandaya uyğunlaşmaqla, uğur qazanacaq".
Qeyd edək ki, Ziyeş 2020-ci ildə "Ayaks"dan "Çelsi"yə keçib. 29 yaşlı mərakeşli futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyunda meydançaya çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.