
Qubada region məşqçiləri üçün seminar
- 24 İyl 2025 15:40
- 56
Yaponiyada təhsil almış cüdo mütəxəssislərinin Qubada region məşqçiləri üçün seminarı təşkil olunub.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Seminara yerli mütəxəssislər Orxan Səfərov, Asiman Allahverdiyev və yunanıstanlı ekspert Corc Buntakis rəhbərlik edib.
Praktiki sessiyalara yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Kotaro Sasaki də qatılıb.