“Mançester Siti”nin futbolçusu Cek Qriliş baş məşqçi Pep Qvardiola haqda açıqlama verib.

Rekord.az xəbər verir ki, ingilis futbolçu, Qvardiolanın inanılmaz məşqçi olduğunu deyib:

“Qvardiola inanılmaz məşqçidir. O, sadəcə futbola aludə olub. Klubun bazasına girən kimi bütün söhbətlər ancaq futbol haqda olur. Bizdə hamının fikri ancaq qarşıdakı oyuna yönəlir.

Pep Qvardiola komandada formalaşdırdığı münasibətə və taktikası ilə oyunları təkbaşına qazanır. Biz sadəcə meyana çıxıb öz işimizi görürük”.

Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir.