Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan UGİM-də “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin rəhbərliyi ilə ağırlıqqaldırma üzrə ustad dərsi keçirilib. 

Rekord.az xəbər verir ki, ustad dərsinin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında ağırlıqqaldırma idman növünə marağın artırılması, təlim-məşq prosesinin təkmilləşdirilməsi, sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtının səmərəli təşkilidir.