
Qobustanda cüdo üzrə rayon turniri keçirilib
- 09:21
- 33
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” münasibətilə cüdo idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, qələbə uğrunda Qobustan UGİM, İdman Kompleksi və təhsil müəssisələrindən, eləcə də Şamaxı, Bakı və Sumqayıt şəhələrindən 104 idmançı mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nün qeyd olunması, cüdo idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi , zona və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların müəyyən olunmasından ibarət olub. Ayrı-ayrı çəki dərəcələrində qalib gəlmiş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.