Qobustanda ağırlıqqaldırma üzrə ustad dərsləri
- 10:00
- 29
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-in idman zalında Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin rəhbərliyi ilə ağırlıqqaldırma üzrə ustad dərsi keçirilib.
Rekord.az xəbər verir ki, ağırlıqqaldırma üzrə ustad dərsinin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında ağırlıqqaldırma idmanına marağın artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi, sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtın səmərəli təşkilidir.