Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində cüdo idman növü üzrə “Qobustan Şəhidləri”nin xatirəsinə həsr olunmuş 2008-2010 və 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili olub.

Turnirdə məşqçi müəllimlər Qüdrət Ələkbərov, Ramin Bayramsoy, Faiq Atakişiyev və 2 yaş qrupu üzrə idmançılar iştirak edib.