
"Qəbələ"nin oyununda insident
- 25 Yan 2022 13:30
- 672
Türkiyənin Antalya bölgəsində "Qəbələ" və Çexiya “Bohemians"ı arasında keçirilən yoxlama oyununda (1:3) insident baş verib.
Rekord.az xəbər verir ki, hadisəyə rəqib komandanın müdafiəçisi Yevgeni Nazarovun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Fernan Lopesə qarşı kobudluğu səbəb olub.
Oyunçular arasında mübahisənin böyüməsinə komanda yoldaşları imkan verməyib.