"DÇ-2022"nin üşüncü günü hamını şok edən nəticə reallaşdı.

Rekord.az xəbər verir ki, C qrupunda qərarlaşan Argentina asan qələbə qazanacağı ehtimal olunduğu matçda Səudiyyə Ərəbistanına məğlub oldu - 1:2.

Messinin komandası ilk hissəni öndə bitirsə də fasilədən sonra buraxılan 2 qolla ərəblərə təslim oldu.

Futbol dünyasın silkələyən məğlubiyyətə sosial şəbəkələrin Azərbaycan seqmentində də minlərlə futbol adamı reaksiya verdi.

Onların arasında "Qəbələ"nin braziliyalı legioneri Felipe Santos da olub.

"Qırmızı qaralar"ın forvardı öz instaqram hesabından Messinin fotosunu paylaşaraq gülüş işarəsi qoyub.

Görünür, bununla braziliyalı legioner əzəli rəqiblərinin məğlubiyyətini məsxərəyə qoymağı hədəfləyib

"Qəbələ"nin legioneri də Messinin məğlubiyyətinə səssiz qalmadı -