"Qəbələ"nin futbolçusu Rafael Utziq koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu bu xəstəliyə qış tətili zamanı, ölkəsində yaxalanıb.

Daha sonra bununla bağlı "Qəbələ" rəhbərliyini məlumatlandırıb və testin cavabını onlara göndərib. Belə qərara alınıb  ki, o, Antalya toplanışına qatılmasın və vətənində müalicə olunsun. Utziq yaxın günlərdə Bakıya gələcək və komandanın burdakı hazırlığına qoşulacaq.