
“Qəbələ”nin legioneri əməliyyat olundu
- 2022-06-23 15:30
- 241
“Qəbələ”nin futbolçusu Yaovi Akakpo yenidən əməliyyat olunub.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun diz qığırdağından keçirdiyi əməliyyat uğurlu alınıb.
Akakpo 2021-ci ildə də əməliyyat olunmuşdu və bu səbəbdən demək olar ki, ötən mövsümü boşa vermişdi.
Xatırladaq ki, klub mayın 22-də toqolu futbolçu ilə 1 illik yeni müqavilə bağlayıb.