"Qəbələ"nin futbolçusu Amin Sevdiyev növbəti mövsümə legioner kimi başlaya bilər.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun Portuqaliya və Türkiyənin I Divizion klublarından birinə keçidi mümkündür.

Düzdür, real hansısa təklif yoxdur. Lakin menecer vasitəsi ilə Aminin ölkə xaricinə çıxışı mümkündür. Deyilənə görə, futbolçunun oyununu görüb bəyənən klublar var.

Bu arada, Aminin xidmətində "Neftçi"nin də maraqlı olduğu deyilir.