
"Qəbələ"də müqaviləsi bitənlərlə danışıqlar mövsümün sonuna qaldı
- 20 Fev 2023 17:00
- 497
"Qəbələ" klubla müqaviləsi mövsümün sonunda bitən bəzi aparıcı futbolçularla danışıqları mövsümün sonuna saxlayıb.
Rekord.az-a daxil olan məlumata görə, həmin futbolçular özləri bunun belə olmasını istəyib.
Əsl səbəbi açıqlamasalar da, saytımıza daxil olan məlumata görə, həmin futbolçular "Qəbələ"nin avrokuboklardan kənar qalmaq təhlükəsindən narahatdılar. Ona görə də mövsümün sonunu gözləmək istəyirlər. Əgər komanda avrokuboklara vəsiqə qazana bilsə, o zaman yeni müqaviləyə imza atacaqlar.