
“Qəbələ”də bir itki
- 27 Yan 2024 22:10
- 287
“Qəbələ” Premyer Liqanın 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın bir futbolçusu iştirak etməyib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, Ahmed Ayzaya bərpa prosesi keçir.
Xatırladaq ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.