
“Qəbələ” Türkiyədə iki yoxlama oyunu keçirəcək
- 14 İyn 2022 18:20
- 456
“Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək. Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.
İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.