
“Qəbələ” ilə oyuna 4 itki ilə
- 2023-01-24 12:45
- 234
“Kəpəz” bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, heyətdə 4 futbolçu cəzalıdır. Yeqor Xvalko, Elçin Əlicanov, Giorgi Kantariya və Mate Kvirkviya cəza səbəbindən oyunu tribunadan izləyəcək.
“Kəpəz” – “Qəbələ” matçına saat 14:00-da start veriləcək.